RU

İstehlaka yararsız qida məhsulları məhv edilib - FOTO

"MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,50 kiloqram meyvə suyu topları məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovartiv həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.




Bizim.Media
 

Избранный
116
14
bizim.media

10Источники