RU

Cinayətkar sərhədimizdə aksiyaya qoşuldu, həbs edildi

Ermənistan polisi Tavuşda keçirilən etiraz aksiyasında bu ilin fevralından axtarışda olan 49 yaşlı Arman S.-ni saxlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxs İncəsu (Noyemberyan)-Bağanis yolunu bağlamağa cəhd edən piketçilər arasında olub.

Qeyd olunur ki, Arman S. odlu silahların qanunsuz dövriyyəsi ittihamı ilə axtarışa verilib. O, istintaq təcridxanasına aparılıb və orada həbs edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
1
milli.az

10Источники