Moskva “Dinamo”su sabiq futbolçususu, keçmiş SSRİ futbol çempionu Arkadi Yuryeviç Nikolayevin 87 yaşında vəfat etdiyini açıqlayıb.
Arena.az “Dinamo”nun bu barədə rəsmi bəyanatını təqdim edir:
“Bu gün (24 Aprel – redaktorun qeydi) “Dinamo”nun veteranı Arkadi Nikolayev 88 yaşında dünyasını dəyişdi. Məşhur futbolçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – paytaxt klubunun rəsmi “Telegram” kanalı məlumat yayıb.
Arkadi Nikolayev 1959-1964-cü illərdə “dinamoçular”ın heyətində çıxış edib. Nikolayev ”Dinamo”nun heyətində 119 oyun keçirib, 20 qol vurub. Hücumçu 1963-cü ildə SSRİ çempionu olub, həmçinin Sovet İttifaqı futbol birinciliyinin gümüş və bürünc medallarını qazanıb.
Nikolayev həmçinin Ulyanovsk “Dinamo”sunda, Moskva “Lokomotiv”ində, Yaroslavl “Şinnik”ində, Saratov “Sokol”unda və Moskva “Krılya Sovetov”unda çıxış edib.