Gürcüstan müxalifəti yeni mitinq elan edib.Bu barədə "Sputnik Georgia” məlumat yayıb.
Mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.
Müxalifət partiyalarının yaydığı birgə bəyanatda deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim "Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.
www.anews.az