Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov Başqırdıstan hökumətinin baş nazirinin müavini İlşat Fəzrəhmanov ilə regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi
“Aprelin 25-də Rusiyanın Azərbaycandakı səfiri M.N.Yevdokimov Bakıda Rusiya Federasiyasının subyektinin nümayəndə heyətinə rəhbərlik edən Başqırdıstan Respublikası hökumətinin baş nazirinin müavini – kənd təsərrüfatı naziri İ.İ.Fəzrəhmanovu qəbul edib”, – səfirliyin məlumatında diqqətə çatdırılıb.
Bildirilib ki, görüşdə “Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının mühüm tərkib hissəsi kimi regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib”.