"Sabah"ın U-19 komandası Azərbaycan Gənclər Liqasında çempion olub. Futbolpress.az xəbər verir ki, komanda sona 2 tur qalmış qızıl medalları təmin edib. Belə ki, "bayquşlar" 31-ci turunda “Kəpəz”i 5:0 hesabıyla məğlub edərək liqanın bitiminə 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Hazırda komandanın aktivində 66 xal var və ən yaxın izləyicisi "Neftçi"ni 8 xal qabaqlayır.