Urfan Abbasov “Qəbələ”nin heyətində 300-cü oyununu keçirib.
İdmanxeber.az məlumat verir ki, 32 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib.
“Qırmızı-qara” formada keçirdiyi matçların sayında mütləq rekordçu olan Abbasov “Zirə” ilə görüşə start heyətində çıxıb. “Qəbələ”nin vitse-kapitanı 300 oyunda 6 qola imza atıb.
“Zirə” ilə matç onun “qırmızı-qara” forma ilə kubokda 40-cı oyunu olub. Urfan bu turnirdə 1 qola imza atıb. O, Premyer Liqada 243 (5 qol), avrokuboklarda 17 dəfə komandanın formasını geyinib.
Müdafiəçi 2012-ci il fevralın 21-də Premyer Liqanın “Xəzər Lənkəran”la ev matçında (2:1) debüt edib. O, 2019/20 və 2020/21 mövsümləri istisna olmaqla, həmin vaxtdan komandada çıxış edir.