Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Yeniavaz.comxəbər verir ki, qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i Bakı şəhərinin payına düşür. Paytaxt Bakıdan sonra ən çox qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi Abşeron rayonunda və Sumqayıt şəhərində fəaliyyət göstərir. Abşeronda 8, Sumqayıtda isə 3 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi var. Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrindəki uşaqların sayı isə 5 766 nəfər olub və onların da 83,5%-i və ya 4 820 nəfəri Bakı şəhərinin payına düşüb. Azərbaycanda mövcud olan qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı şəhər və rayonlar üzrə aşağıdakı kimi olub: Bakı ş. – 125 Abşeron r. – 8 Sumqayıt ş. – 3 Bərdə r. – 3 Masallı r. – 2 Quba r. – 1 Lənkəran r. – 1 İmişli r. – 1 Qax r. – 1 Şəki r. – 1 Biləsuvar r. – 1 Salyan r. – 1