"Real"ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis türkiyəli yarımmüdafiəçi Arda Güler haqda fikirlərini bölüşüb:
"Arda yaxşı vəziyyətdədir. Bir müddətdir formadadır. Bəzən oyunlar çətin keçdi və şans qazanmadı. O, oynamağa layiqdir. Növbəti matçlarda onu meydanda görəcəyik".
Arda mövsümün əvvəlində "Fənərbağça"dan "Real"a keçib. O, bu mövsüm 7 oyunda meydana çıxıb.