"Bayer"in futbolçusu Alexandro Qrimaldo gələcəyi barədə danışıb. Futbolpress.az "Marca"ya istinadən xəbər verir ki, o gələcəkdə La Liqada çıxış etmək istədiyini deyib: "Gələcəkdə La Liqada oynamaq istərdim, çünki İspaniya mənim vətənimdir". 28 yaşlı futbolçu karyerasına "Barselona"da başlayıb, lakin o, heç vaxt əsas komandada forma geyinə bilməyib. Onun komanda ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Qrimaldo 44 matçda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.