Ermənistan Azərbaycan qazının alınması imkanlarını Azərbaycanla müzakirə etməyə hazırdır.
Editor.az bildirir ki, bunu Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan deyib: “Hesab edirəm ki, Ermənistan Azərbaycandan qaz alarsa, bu məsələni müzakirə etməliyik”, – Parlamentin sədri bildirib. O xatırladıb ki, bu gün Ermənistan Rusiyadan qaz alır, amma əslində onun bir hissəsi Azərbaycanın mavi yanacağıdır.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan Ermənistana qaz nəqlinin mümkünlüyünü açıqlamışdı.
//Samir Qurbanov, Editor.az