Polşa Ukraynaya hərbi yaşda olan kişi vətəndaşların döyüş əməliyyatlarında iştirak etmək üçün geri qaytarılmasına kömək etməyə hazırdır.
Herbiand.az xəbər verir ki, bunu Polsat News-a müsahibəsində Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
Bu həftə Ukrayna hökuməti hərbi yaşda olan kişilərə pasportların xarici diplomatik nümayəndəliklərdə deyil, yalnız ölkə daxilində verilə biləcəyi qaydalarını açıqlayıb. Nəticədə, xaricdə yaşayan 18-59 yaş arası kişilər pasportlarını yeniləyə və ya yeni pasport ala bilməyəcəklər. Ukrayna konsulluqları onlara xidmət göstərməyi dayandırıb.
Kosinyak-Kamış deyib ki, Ukraynanın belə bir qərar qəbul etməsinə təəccüblənmir: “Hakimiyyət cəbhəni yeni əsgərlərlə təmin etmək üçün hər şeyi edir”.
O xatırladıb ki, Polşa uzun müddətdir ki, Ukrayna tərəfinə hərbi xidmət keçmək üçün geri qayıtmalı olan şəxslərin müəyyən edilməsində yardım təklif edib: “Lakin yardımımızın forması daha çox Ukrayna tərəfindən asılıdır”.
Bəxtiyar CƏFƏRLİ