İtaliya Kubokunda finalın adı bəlli olub.
İdmanxeber.az məlumat verir ki, ilk görüşdə səfərdə “Fiorentina”ya məğlub olan (1:2) “Atalanta” bu dəfə rəqibini evində qəbul edib. Görüş son dəqiqələrə qədər gərgin mübarizə şəraitində keçib.
Bergamo təmsilçisi son dəqiqələrdə vurduğu qollarla adını finala yazdırıb – 4:1.
Finalda “Atalanta”nın rəqibi “Latsio”nu mübarizədən kənarlaşdıran “Yuventus” olacaq.