Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçiriləcək.
İdman.biz xəbər verir ki, günün yeganə matçı Bakıda keçiriləcək.
“Xırdalan” “Cəlilabad”ı sınağa çəkəcək. Birincilər pley-offa vəsiqə qazandıqlarından rəqib son matçında qapını möhkəm vurmaya çalışacaq.
Qeyd edək ki, turun ilk matçında “Sabah” “Xəzri”ni 77:65 hesabı ilə məğlub edib. Sabah “Sərhədçi” “Neftçi” ilə üz-üzə gələcək. Aprelin 27-si “Gəncə” “Sumqayıt”ı, ertəsi gün NTD-İNDİQO “Şəki”ni qəbul edəcək.
25 aprel
XVIII tur
19:30. “Xırdalan” – “Cəlilabad”
“Sərhədçi” İdman Mərkəzi
Sabah BK | 18 | 15 | 3 | 1722-1478 (+244) | 33 |
Xəzri BK | 18 | 13 | 5 | 1577-1485 (+92) | 31 |
NTD-İNDİQO | 17 | 13 | 4 | 1589-1377 (+212) | 30 |
Xırdalan BK | 17 | 11 | 6 | 1584-1552 (+32) | 28 |
Neftçi İK | 17 | 11 | 6 | 1496-1394 (+102) | 28 |
Sərhədçi PİK | 17 | 7 | 10 | 1484-1506 (-22) | 24 |
Sumqayıt BK | 17 | 6 | 11 | 1440-1553 (-113) | 23 |
Cəlilabad BK | 17 | 5 | 12 | 1471-1574 (-103) | 22 |
Gəncə BK | 17 | 4 | 13 | 1434-1574 (-140) | 21 |
Şəki BK | 17 | 1 | 16 | 1262-1566 (-304) | 18 |
İdman.biz