RU

“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olundu

Azərbaycanda fəaliyyət göstərən ilk İnternet provayder şirkətlərindən biri olan “Azeronline Ltd” BM-in idarəetmə strukturunda dəyişiklik olub. Belə ki, 2024-cü ilin aprel ayından etibarən Kənan Məsumov “Azeronline Ltd” BM-nin baş müdiri vəzifəsinə təyin olunub.

Telekommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik olan Kənan Məsumov son 3 ildə sabit internet biznesinin idarə edilməsi sahəsində müxtəlif rəhbər vəzifələrdə - “Azerconnect” şirkətində Kommersiya direktoru və “Bakı Telefon Rabitəsi” MMC-də baş direktorun müşaviri vəzifələrini icra edib.

Kənan Məsumov Xəzər Universiteti və ABŞ-nin “Berkshire Community College”ində təhsil alıb. Hazırda dünyanın aparıcı biznes məktəblərindən biri sayılan Birləşmiş Krallığın “Warwick Business School”da biznesin idarə edilməsi üzrə magistr təhsilini davam etdirir.

Избранный
50
1
oxu.az

2Источники