RU

Birləşmiş Ərəb Əmirliklərində yağışlara görə yarım milyarddan çox vəsait ayrıldı

Müəllif:Ayşən İmanova/Banco.az
BƏƏ hökuməti son leysan zamanı yaşayış binalarına dəymiş zərərin ödənilməsi üçün təxminən 2 milyard dirhəm (544,6 milyon dollar) ayrılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Məktum məlumat verib.
Xatırladaq ki, BƏƏ-də son 75 ilin ən güclü yağışı aprelin 16-da baş verib və Dubay xüsusilə təsirlənib. Güclü yağışlar səbəbindən Dubay hava limanının əsas magistralları və uçuş-enmə zolağı su altında qalıb. Ümumilikdə, təxminən 2 min reys təxirə salınıb. Ən sərfəli kredit üçün müraciət et



Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Избранный
20
2
banco.az

3Источники