RU

11 illik “Qarabağ” tilsimi davam etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Neftçi” Azərbaycan Kubokunda növbəti dəfə “Qarabağ” səddinə ilişib.

Futbolinfo.az saytı xəbər verir ki, Bakı klubu kubok tarixində 9-cu dəfə əzəli rəqibinə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

“Ağ-qaralar” kubokda yalnız 4 dəfə “Qarabağ”dan daha güclü olub. Bunun isə sonuncusu 11 il əvvələ – 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt “Neftçi” yarımfinalda iki matçın cəmində 4:3 hesablı qələbə qazanıb.

Həmin vaxtdan bəri komandalar ölkə kubokunda 4 dəfə üz-üzə gəliblər. 2014/15 və 2015/16 mövsümlərinin finalında “Qarabağ” əzəli rəqibini məğlub edib. 2016/17 mövsümünün yarımfinalında isə finala yüksələn ağdamlılar olub.

Qeyd edək ki, “Qarabağ” yarımfinalın hər iki matçında “Neftçi”ni böyük hesabla (4:0, 4:1) məğlub edərək finalda “Zirə”yə rəqib olub.

Избранный
17
Источники
Комментарий ()
Закрывать