ABŞ və Niger nümayəndələri aprelin 25-də Niameydə görüş üçün bir araya gələcək, görüşün mövzusu Amerika qüvvələrinin Afrika ölkəsindən çıxarılması olacaq.
APA xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında yer alıb.
Məlumatda bildirilir ki, görüşdə Amerika tərəfini ABŞ-nin Nigerdəki səfiri Ketlin Fitzibbon və ABŞ-ın Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта