İtaliya Kubokunda daha bir finalçı məlum olub. Futbolpress.az xəbər verir ki, "Atalanta" yarımfinalda "Fiorentina"nı mübarizədən kənarlaşdırıb. Berqamo təmsilçisi iki oyunun nəticəsinə görə, "bənövşəyilər"i 4:2 hesabıyla məğlub edib. "Atalanta"nın həlledici oyundakı rəqibi "Yuventus" olacaq. İtaliya Kuboku Yarımfinal mərhələsi, cavab oyunu 24 aprel Atalanta - Fiorentina 4:1 Qollar: T.Koopmeyners, 8, C.Skamakka, 75, A.Lukman, 90+5, M.Paşaliç, 90+8 - L.Martines Quarta, 68