Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1.
Xatırladaq ki, ilk matçda "Qarabağ" səfərdə "Neftçi"ni 4:0 hesabı ilə məğlub etmişdi.
Ölkə çempionu iyunun 2-də final görüşündə "Zirə" ilə üz-üzə gələcək.
"Qarabağ" - "Neftçi" - 4:1
Qollar: Olavio Juninyo, 16, 69, Qara Qarayev, 62 (öz qapısına), Nəriman Axundzadə, 74 - Reziuan Mirzov, 64
Telegram kanalımız