Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədədplastikdən ibarət pəncərə qismən yanıb.
Trend xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.