RU

Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi

Ədliyyə Nazirliyinin Ucar rayon İcra və Probasiya şöbəsinin rəisinin evindən oğurluq edən şəxsə hökm oxunub.  Qaynarinfo-nun məlumatına görə, şöbə rəisi Ziya Məmmədovun Hacıqabulda yeni tikridiyi evindən dəmir boru, armatur, reys parçası, laqonda, tökmədəmir boru, aluminium və mis kabellər, mişar, kanalizasiya qapağı, çəkic və digər tikinti materialları oğurlanıb.

Oğurluğu 1987-ci il tarixdə Şirvan şəhərində doğulmuş Adil (şərti) edib. Maraqlıdır ki, həmin şəxs evin həyətində təhlükəsizlik kamerasının olduğunu bilə-bilə hadisəni törədib. Hətta hadisədən sonra təhlükəsizlik kamerasına əli ilə işarə edərək, salam da verib. Bundan sonra oğurladığı əşyaları metal qəbul edən tanımadığı şəxsə satıb və əldə etdiyi pula araq alaraq içib.

Həmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Ə.Vahid küçəsində saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman 1,138 qram narkotik vasitə olan heroin aşkar edilib.

Məhkəmənin qərarı ilə Adil Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
1
avtosfer.az

2Источники

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh