“Zenit” “Benfika”nın yarımmüdafiəçisi Orhun Kökçü ilə maraqlanır. Msport.az xəbər verir ki, bu barədə jurnalist Bruno Andrade paylaşım edib.
Türkiyə millisinin üzvü bu mövsüm Portuqaliya çempionatında 23 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə verib.
Qeyd edək ki, 23 yaşlı futbolçu millimizin üzvü Ozan Can Kökçünün qardaşıdır.