Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin təkrar oyunları keçirilir.
QOL.az xəbər verir ki, günün ilk oyununda kubokun sonuncu qalibi “Qəbələ” “Zirə”ni qəbul edib. Bu komandaların birinci görüşündə “Zirə” 2:1 hesabı ilə qələbə qazanıb. Cavab oyununda da "Zirə" qalib gələrək (2:0) tarixində 2-ci dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.
Digər oyunda isə “Qarabağ”la “Neftçi” üz-üzə gəlir. Ağdam təmsilçisi ilk görüşdə səfərdə rəqibini böyük hesabla (4:0) məğlubiyyətə uğradıb və mərhələnin taleyini böyük ölçüdə həll edib. Bu oyun isə saat 20:00-da başlanacaq.
Final matçı iyunun 2-də keçiriləcək.
Azərbaycan kuboku, 1/2 final
Təkrar oyunlar
20:00. “Qarabağ” - “Neftçi” - 1:0 (Fasilə)
Qol: Juninyo, 16
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun 4:0
17:00. “Qəbələ” - “Zirə” - 0:2
Qol: Vladislav Kulaç, 59, Rafael Utziq, 84
Qəbələ şəhər stadionu
İlk oyun 1:2