RU

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti - AÇIQLANDI

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb.

Azərbaycanda ət istehsalı artıb

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2024-cü ilin ilk 3 ayında Azərbaycanda 103.1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.4% və ya 36.9 kq azalıb. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 140 kq qara kürü istehsal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 90 kq nərə balığının kürüsü ixrac edilib. Kürünün 1 kq-nın orta ixrac qiyməti 1142 ABŞ dolları (1941 AZN) təşkil edib. (Apa)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
10
fed.az

10Источники