Londonda Bukingem Sarayının mühafizəsinə məxsus 5 at qaçaraq Londonun mərkəzini xaosa çevirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, atlar səhər məşqi zamanı hərbçilərin əlindən çıxaraq qaçıblar.
Atların qaçması ilə 5 nəfər yaralanıb. Yaralananlardan dördü xəstəxanaya yerləşdirilib. Atlardan biri London avtobusuna, digəri isə taksiyə çırpılıb.
Hadisədən sonra Bukingem Sarayı yolu bağlanıb.
Müəllif: Söylü Ağazadə