Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin xəstəxanaya köçürüldüyü bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərdə Kral Salmanın Ciddədəki Kral Feysal Xəstəxanasında rutin sağlamlıq müayinəsindən keçəcəyi bildirilib.
Vəliəhd şahzadə Məhəmməd bin Salman da X sosial media platformasında verdiyi açıqlamada oxşar məlumatları paylaşaraq Krala cansağlığı və rifah arzulayıb.
Xatırladaq ki, 1935-ci ilin dekabrında anadan olan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz 2015-ci ildən ölkəyə nəzarət edir.
Mikayıl