Rusiyanın Yekaterenburq şəhərində yaşlı kişi oyun meydançasında 10 yaşlı qıza təcavüz edib.
Moderator.az xarici mediaya istinad edərək xəbər verir ki, qızın bacısı sosial şəbəkələrdə Yekaterinburqda baş verənlərdən danışıb.
Aprelin 21-də saat 17:20-də yaşlı kişi 10 yaşlı qızla uşaq meydançasında skamyada əyləşib. O, qəribə davranmağa başlayanda qız onun sözlərini səs yazıcısına yazmaq qərarına gəlib, lakin səs yazısı dərc olunmayıb.
“Qeyri-insan onu şifahi şəkildə təhqir etdi, iyrənc fantaziyalarını ətraflı təsvir etdi və sonra ona toxunmaq üçün icazə istəməyə başladı. İmtina aldıqdan sonra o, çirkli əllərini qızın ayağına çəkdi”, – qızın bacısı Daria bildirib.
Qız dərhal evə qaçıb. Polisə şikayət ərizəsi daxil olub, polis əməkdaşları hadisə ilə bağlı audio yazı alıb və araşdırma aparırlar.