Bilindiyi kimi, adanalı azarkeşlərin Şahruddinlə bağlı fikir ayrılığı var. Qolkiper uğurlu seyvlərinə görə dəstəklənirsə, gözlənilməz səhvləri üzündən tənqid olunur. Hətta mövsümün sonunda futbolçunun komandadan uzaqlaşdırılmasını tələb edənlər də az deyil.
Görəsən, futbolçunun komandadan ayrılmaq ehtimalı və indiyəqədərki çıxışı necə dəyərləndirilir?
Bu suallarla “Adana Dəmirspor”un sabiq prezidenti Murat Sancaka müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“İnanıram ki, Şahruddinin “Adana Dəmirspor”dakı karyerası növbəti mövsümdə də davam edəcək. Camiəmiz ona çox güvənir. Deyərdim ki, ən uğurlu oyunçularımızdan biridi. Çox yaxşı və bacarıqlı qapıçıdı. Sona qədər Şahruddinin arxasındayıq”.
Xatırladaq ki, “Adana Dəmirspor” 33 turdan sonra 41 xalla turnir cədvəlinin 11-ci pilləsindədi. Şahruddinin klubla müqaviləsinin müddəti növbəıti mövsümün sonunda bitəcək.
KƏNAN BAHADIR