"Çelsi" İngiltərə Premyer Liqasının 32-ci turunda "Arsenal"a darmadağın olub - 0:5. Futbolpress.az xəbər verir ki, "zadəganlar" 32 turda ümumilikdə 57 qol buraxıb. Bu, bir mövsüm üzrə klub tarixinin ən pis göstəricisidir. Bundan əvvəlki antirekord 55 qol idi. Komanda 1994/1995 və 1996/1997 mövsümündə bu qədər qol buraxmışdı. London təmsilçisi Premyer Liqada 47 xalla 9-cu sıradadır.