Bu gün Azərbaycan Basketbol Liqasında sonuncu tura start veriləcək.
İdman.biz xəbər verir ki, müntəzəm çempionatın XVIII turunun ilk oyun günündə “Sabah” “Xəzri”ni sınağa çəkəcək.
Murat Dikmenin komandası pley-offa ən azı 2-ci pillədə yollanmaq üçün mütləq qələbə qazanmalıdır. Çempion isə məğlub olsa belə yarımfinala lider kimi yollana bilər.
Qeyd edək ki, aprelin 25-də “Xırdalan” “Cəlilabad”la, ayın 26-da “Sərhədçi” “Neftçi” ilə üz-üzə gələcək. Ertəsi gün “Gəncə” “Sumqayıt”ı qəbul edəcək. Tura aprelin 28-də NTD-İNDİQO –“Şəki”i matçı ilə yekun vurulacaq.
24 aprel
XVIII tur
19:30. “Sabah” – “Xəzri”
“Sərhədçi” İdman Mərkəzi
Sabah BK | 17 | 14 | 3 | 1644-1414 (+230) | 31 |
NTD-İNDİQO | 17 | 13 | 4 | 1586-1377 (+209) | 30 |
Xəzri BK | 17 | 13 | 4 | 1512-1408 (+104) | 30 |
Xırdalan BK | 17 | 11 | 6 | 1584-1549 (+35) | 28 |
Neftçi İK | 17 | 11 | 6 | 1496-1394 (+102) | 28 |
Sərhədçi PİK | 17 | 7 | 10 | 1484-1506 (-22) | 24 |
Sumqayıt BK | 17 | 6 | 11 | 1440-1553 (-113) | 23 |
Cəlilabad BK | 17 | 5 | 12 | 1471-1574 (-103) | 22 |
Gəncə BK | 17 | 4 | 13 | 1434-1574 (-140) | 21 |
Şəki BK | 17 | 1 | 16 | 1262-1566 (-304) | 18 |
İdman.biz