Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə müdafiə nazirinin müavini Timur İvanovu 2 ay müddətinə həbs edib.
KONKRET.az “İnterfaks”a istinadla xəbər verir ki, o, iyunun 23-dək həbsdə qalacaq.
İşlə məşğul olan digər şəxs, nazir müavini Sergey Borodinin tanışı da eyni müddətə həbs edilib.
Məhkəmənin rəyinə görə, hər iki şəxs xüsusilə külli miqdarda rüşvət almaqda (CM-nin 290-cı maddəsinin 6-cı hissəsi) ittiham olunub.
Müdafiə naziri Sergey Şoyqunun müavini T. İvanovun saxlanması aprelin 23-ü axşam saatlarında məlum olub. O, Müdafiə Nazirliyində idarə obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edib, Silahlı Qüvvələrin əmlakının idarə edilməsi, qoşunların yerləşdirilməsi, mənzil və tibbi təminatın təşkilinə cavabdeh olub. (Yenisabah)