Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı
Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub. Yeniavaz.com xəbər verir ki, bu barədə partiyadan APA-ya məlumat verilib. Bildirilib ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.