Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.
Bu barədə Pravda.az-a Müsavat Partiyasından bildirilib.
Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyət Sarayında keçiriləcək.
Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.
Tarix: 24 Aprel 2024, 10:16