Yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirərək qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 23-də, İmişli rayonunda baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun ortasındakı "Oba" marketə çırpılıb. Hadisə nəticəsində həm avtomobilə, həm də marketə ciddi ziyan dəyib.
Leyla