Bakı. Trend:
Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqdaşübhəli bilinərək saxlanılıb.
Trend-inməlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsi bildirib.
"Rusiya Federasiyasının müdafiə nazirinin müavini TimurVladimiroviç İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı(rüşvət alma) maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayətitörətməkdə şübhəli bilinərək saxlanılıb", - deyə bildirilib.
İstintaq Komitəsi digər təfərrüatları açıqlamayıb.