RU

Şoyqunun müavini rüşvətə görə TUTULDU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya Müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

O, rüşvət almaqda şübhəli bilinir (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi).

 

Timur İvanov 2016-cı ilin mayında Vlad Putinin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Müdafiə Nazirliyinin tabeliyində olan “Oboronstroy”un baş direktoru olub. Şirkət hərbçilər üçün yaşayış binalarının, eləcə də sosial əhəmiyyətli və strateji hərbi obyektlərin tikintisi üzrə ixtisaslaşıb. 2012-2013-cü illərdə Timur İvanov Moskva vilayəti hökuməti sədrinin müavini olub.

 

Timur İvanov 2018-ci ildə 136,7 milyon rubl ailə gəliri ilə "Forbes" jurnalının reytinqinə daxil edilib .

Избранный
273
31
1

1Источники

Комментарий ()
Закрывать