"Azərsu" Səhmdar Cəmiyyətinin "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli Sukanal İdarəsi məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, İmişli Sukanal İdarəsini məhkəməyə verən şəxs Məmmədov Habil Hüseyinəli oğludur.
H.Məmmədov məhkəmədə idarə rəhbərliyi barəsində “Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” barədə iddia qaldırıb.
İş İmişli Rayon Məhkəməsinin hakimi Telman Quliyevin icraatındadır.
Sadiq İsbəndərli