17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində ilk oyununu keçirib.
İdman.biz xəbər verir ki, millimiz meydan sahiblərinə uduzub.
“ABFF Technical Center”də keçrilən matç Belarusun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamızın digər rəqiblərinin oyununda Özbəkistan Tacikistana qalib gəlib - 2:1.
Qeyd edək ki, U-17 növbəti görüşünü aprelin 25-də Özbəkistana qarşı keçiricək. Oyun 16:00-da start götürəcək.
İdman.biz