Manset.az türk mediasına istinadən xəbər verir ki, onun səfəri Almaniya ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyinə təsadüf edir. Almaniya prezidenti Frank-Valter Ştaynmayeri İstanbula səfərdə Berlindəki qəlyanaltının sahibi Arif Keleş müşayət edib. Nümayəndə heyəti üzvlərindən başqa Ştaynmayerin təyyarəsində türk döneri hazırlamaq üçün 60 kq ət də olub. Almaniya səfirinin yay iqamətgahında keçirilən təntənəli ziyafət zamanı prezident türk yeməyi hazırlamağa kömək edib. Jalə
Manşet.az