RU

“Məşqlər, oyunlar zamanı oğluma o baxır” - VİDEO

"Ana olduqdan sonra xaricə çıxmaq bir az çətin məsələdir".

Bunu  İdman.Biz-ə müsahibəsində "Neftçi"nin futbolçusu Aysun Seydiyeva deyib.

Onun sözlərinə görə, həyat yoldaşı Amin Seydiyev hansısa xarici kluba transfer olunarsa, yalnız onunla gedə bilər: "İndi uşağı düşünmək məcburiyyətindəyəm. Əgər Aminə xaricdən belə bir təklif gəlsə və klubda qadın komandası olsa, orada oynayaram. Ancaq tək özümə təklif gəlsə, indiki durumda dəyərləndirə bilmərəm. Ana olandan sonra öz anamı da başa düşürəm. Həqiqətən də, uşağa baxmaq, üstəlik futbolla məşğul olmaq çox çətindir. Ancaq xalam mənə çox dəstək olur. Məşqlər, oyunlar zamanı oğluma o baxır".

Seydiyeva ölkəmizdə komanda dəyişmək niyyətində olmadığını da deyib: "Karyerama "Neftçi"də başladığıma görə, Azərbaycanda qalsam, elə burda da davam etdirərəm. Digər klubları düşünmərəm".

Qeyd edək ki, Amin Seydiyev Azərbaycan millisinin və "Sabah"ın futbolçusudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
1
milli.az

2Источники