RU

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın səkkizinci görüşü çərçivəsində əldə olunan razılaşmanı alqışlayır.
AZƏRTAC rəsmi KUNA agentliyinə istinadla xəbər verir ki, bu fikirlər Küveyt Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, tezliklə sülh sazişinin imzalanması istiqamətində atılmış mühüm addımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
1
xalqqazeti.az

2Источники