RU

AYİB: Bərpa olunan enerji hərracları Azərbaycanda dayanıqlı enerji sektoru üçün böyük addımdır

“Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə hərracların tətbiqi ilə bağlı qərarı şaxələndirilmiş və dayanıqlı enerji sektoruna doğru böyük addımdır".

"APA-Economics"xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun Yaxın Şərq və Afrika üzrə Enerji bölməsinin rəhbəri Aida Sitdikova Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini şərh edərkən deyib.

"Son illərdə hökumət yaşıl özəl sektor maliyyəsini cəlb etmək üçün islahatlar aparıb, strategiyalar hazırlayıb və qanunvericilik tətbiq edib. Ölkənin yaşıl gündəliyinə uyğun olaraq, AYİB, məsələn, yeni Bərpa Olunan Enerji Qanununa daxil olan məlumatlar vasitəsilə bərpa olunan enerji üçün rəqabətli satınalmaların tətbiqi üçün lazımi hüquqi və tənzimləyici bazanın işlənib hazırlanmasında yerli dövlət qurumlarını dəstəkləyib. AYİB bu prosesdə əsas rol oynamaqdan qürur duyur və bunun üçün çalışan maraqlı tərəflərə, o cümlədən Energetika Nazirliyinə, Azərbaycan Bərpa Olunan Enerji Agentliyinə təşəkkür edir”- Aida Sitdikova qeyd edib.

O həmçinin əlavə edib ki, AYİB Azərbaycanın karbonsızlaşdırma planlarını dəstəkləyir. Bank Qaradağda ilk geniş miqyaslı günəş elektrik stansiyasının və Abşeron və Xızıda ölkənin ən böyük külək stansiyalarının maliyyələşdirilməsi də daxil olmaqla, burada yaşıl layihələrin həyata keçirilməsində mühüm rol oynayıb. İndiyə kimi, Azərbaycanda 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23280
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12744
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9119
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5454
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3992
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3629
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3549
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3351
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3225
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2980
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2705
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2567
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2480
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Rəisini aparan helikopter belə QƏZAYA DÜŞDÜ! - ANBAAN VİDEO
2160