Bakı. Trend:
Bu gün saat 16:30-a olan məlumata əsasən, Ordubad, Qrız, Şahdağ,Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabiryağış yağıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətiməlumat yayıb.
Bildirilib ki, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəmkəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıqkəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan doludüşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, NaxçıvanMR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıqərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.