RU

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kulis.az El Romanın Bakı Dövlət Universitetindəki kitab sərgisindən reportajını təqdim edir.

Elə bir isti var ki, adam söz tapmır. "Kəfən" məsələsi.

Bayaq qənaətə gəldim ki, bundan sonra heç bir yazımda havanın isti olduğunu qeyd etməyəcəm. Çünki hava onsuz da hər keçən gün daha çox istiləşir. Mənası yoxdu.

Bakı Dövlət Universitetində kitab sərgisi keçirilir.

Bu universiteti çox sevirəm. Həmişə istəmişəm ki, girib içərisinə baxam, buraxmayıblar.

Həmişə elə bilmişəm ki, təkcə məni buraxmırlar.

Çünki eləcə kimi görürəm, yolüstü girir həmin universitetə.

Mən də girişdə gözləyirəm. Özümə motivasiya verirəm ki, bu dəfə olacaq, bu dəfə mütləq bacaracaqsan.

Bir xanım başqasının vəsiqəsi ilə içəri daxil olmaq istəyəndə mühafizə bunu başa düşür və qarşısını alır.

Xanım yalandan and-aman edir ki, şəkildəki mənəm.

Şəkildəki xanım da elə gözəldi ki, gəl görəsən. Yəni bu xanımla şəkildəki söhbətin aidiyyatı yoxdu.

Nəysə... Xanımı qaytardılar geri. Gözünü də qorxutdular ki, valideynini çağıracağıq, soruşacağıq ki, sən niyə içəri girmək istəyirsən?

Qızın da ağlı yoxdu. Sərgiyə görə universitetin qapıları onsuz da hamıya açıqdı. Vəsiqəni niyə göstərirsən ki? Keç içəri də.

Mən vəsiqədən istifadə eləmirəm. Birbaşa içəri girirəm.

Bakı Dövlət Universiteti qəribə məkandı. Burda hər yaş kateqoriyasından adam görmək mümkündü.

Sevgililəri əl-ələ görürsən, babanı nəvəsini oynadan görürsən, bir-biri ilə söhbət etməyən ər-arvad görürsən və həmişə harasa tələsən insanları görürsən.

Elə bil, parkdı.

Ən az gördüyün şey tələbə olur.

Ya da ki, bilmirəm, bəlkə də, əl-ələ gördüyün sevgililər də, nəvəsini oynadan baba da, bir-biri ilə söhbət etməyən ər-arvad da, hamısı tələbədi.

Tələsən bütün insanlar da dərsə tələsirlər...

Ən başda qurulmuş stendə yaxınlaşıram. Çatan kimi satıcı məni ayağa qalxaraq qarşılayır.

İşıl-işıl işıldayan, üzərində dini motivli müxtəlif şəkillər, yazılar olan kitabların günahdan qaçırmışcasına incəliklə düzüldüyünü görürəm.

Satıcı din məzmunlu kitabların insanlar üçün daha maraqlı olduğunu və daha çox satıldığını deyir:

"Sözsüz ki, dini kitablara tələbat var. Sadəcə, sərgidə iştirak edənlərin sayı az olduğu üçün stendin qarşısı boşdu. Yoxsa belə olmazdı, qətiyyən belə olmazdı...".

Ona inandığımı göstərmək üçün başımı yelləyirəm və uzaqlaşıram.

Amma inanmıram.

Bədii kitabların üst-üstə düzüldüyü daha bir stendin qarşısında narın izdiham müşahidə edirəm.

Birtəhər özümü qabağa ata bilirəm və satıcıdan ilk fürsətdə ən çox hansı kitabların oxunduğunu soruşuram.

O deyir ki, türk dilindəki kitablar daha çox satılır:

"Əlbəttə, müqayisə etsək, türk dilində olan kitablar daha çox satılır. Amma öz kitablarımızın da satışı pis deyil. Məsələn, elə biri də Elxan Elatlı..."

Kitabı əlinə götürür, əlini tərəzi funksiyasında bir neçə dəfə hərəkət elətdirir və sanki mənə izah etməyə çalışır ki, həqiqətən, Elxan Elatlının sözünün çəkisi və ağırlığı var.

Ondan gənc yazıçıların və şairlərin kitablarını niyə satmadığını soruşuram.

O, mənə Rövşən Abdullaoğlunun "Abaddon" kitabını göstərir.

Gözümdən qaçırdığımı deyirəm, üzr istəyirəm və stenddən uzaqlaşıram.

Bir xanım stendin başında tək-tənha dayanır. Yanında heç könüllü də yoxdu.

Bu təklikdən belə nəticə çıxarıram ki, o, ya dini kitablar satır, ya da ki, öz kitablarını.

Çəkiliş etdiyimizi görən kimi ayağa qalxır və stenddə öz kitablarını satdığını deyir.

Binqo!

Kitablara da endirim var: 33 faiz.

Öz kitabını satanda belə "zerkalni" endirimlər qoya bilirsən. Lap istəsən, pulsuz ver.

Pulsuz demişkən, elə stendlər də var ki, kitabları pulsuz verirlər. Bu, hüquqla, qanunvericiliklə bağlı kitablara aiddi.

İstisnasız, hər stendin başında ən az bir nəfər "Könüllülər" təşkilatının üzvü olan tələbə var.

İçlərindən biri deyir ki, saat on tamamdan burdadı, hələ altıya qədər də burda qalacaq və satışa kömək edəcək.

Düşündüm ki, 23 aprel hansı əlamətdar gündü ki, tələbələr dərsdən azad ediliblər?

Sonra hələ altı il əvvəl tələbə yoldaşlarımın "üzrlü" formada dərs buraxaraq könüllülük fəaliyyəti ilə məşğul olduqları yadıma düşdü.

Könüllülərdən biri deyir ki, fəaliyyətindən asılı olaraq, səni cədvəl və siyahı üzrə qiymətləndirirlər. Ay sonunda topladığın ballarla "Ayın könüllüsü" seçilə bilirsən.

Soruşuram ki, "Ayın könüllüsü" seçiləndə nə baş verir?

Dediyinə görə, heç nə baş vermirmiş.

Stendin başındakı sonuncu könüllü ilə sağollaşıram və könülsüz şəkildə işə qayıdıram.

Yol boyu könüllülərin qayğıları məni narahat edir və düşünməyə başlayıram.

Ümumiyyətlə, könüllülük proqramı kimi mənasız şey yoxdu.

Özü də ki, nə qədərdilər. Ordudular, elə bil. Hamı hər şeyə könüllü ola bilirsə, bunun özündə anormallıq var.

Könüllüləri manqurtlaşdırırlar.

Onlara deyirsən ki, bir belə iş görürsən, əmək haqqı verilmirmi? Deyir ki, adı üstündə, könüllüyəm.

Onlara deyirsən ki, bütün gün yollardasan, yol xərclərin, yeməyin-içməyin qarşılanmırmı? Deyir ki, adı üstündə, könüllüyəm.

Üzr istəyirəm, bizim kənddə buna başqa şey deyirlər, sadəcə, siz öz adınızı "könüllü" qoymusunuz.

Gün təyin edirlər, könüllüləri aparırlar ağac əkməyə.

Ağac əkən insan onsuz da könüllü şəkildə bunu edir. Ya da ki, ümumiyyətlə, belə bir şey eləmir.

"Filan gün, filan saatda, filan yerdə ağac əkəcəyik. Könüllü olanlar gələ bilər".

Bu cümlənin özündə belə nə qədər çərçivə var, siz görmürsünüz.

Günü, saatı və məkanı özləri təyin edirlər.

Fəaliyyət növünü özləri təyin edirlər.

Sən də hansısa işini təxirə salıb gedirsən ki, ağac əkəsən.

"Bazar günü əkə bilmərəm?".

Yox, əkə bilməzsən. Layihənin proqramına əsasən, ağac bu gün əkilməlidi. Bazar günü təkər daşıyacağıq...

Избранный
63
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
401
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
388
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
303
Azərbaycanda bu məhsul bahalaşdı
279
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
270
Helikopter qəzası ilə bağlı yeni xəbər
262
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
255
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
255
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
255
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
222
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
218
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
216
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
210
Həlak olan şəxslər sabah dəfn olunacaq
185
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
183
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
177
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
156
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
151
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
150
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
133