Qarsın Arpaçay rayonunda bir evə silahlı basqın nəticəsində xəsarət alan olmayıb.
News24.az xəbər verir ki, hadisədən sonra evin qarşısındakı 1500 bağlama ot yandırılıb.
Heç kəsin xəsarət almadığı hücumda Halil E-nin traktoru və evinin şüşələri zədələnib.
Qeyd edək ki, hadisə yerinə gələn polislər qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün iş başladıb.
Günel Məlikzadə