İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığı ölkənin şərqindəki Həmrin dağlarında İŞİD yaraqlılarınınmövqelərinə hava zərbəsi endirib.
Bu barədə İraqın "Shafaq News" informasiya portalı məlumat yayıb.
Xəbərdə deyilir: “F-16 qırıcıları Diyala bölgəsindəki Həmrin dağlarında İŞİD-in sığınacaqlarına dəqiq hava zərbələri endiriblər".
"Shafaq News"-un məlumatına görə, zərbə nəticəsində terror qruplaşmasının bir neçə silahlısı məhv edilib.