Bolqarıstan çempionatında 30-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, U-21 yığmamızın kapitanı Cəlal Hüseynovun komandası "Arda" növbəti görüşünə çıxıb.
ÇSKA(Sofiya) ilə qarşılaşan "Arda" rəqibinə 2:3 hesabı ilə uduzub.
Müdafiəçi 72-ci dəqiqədə meydana buraxılıb.
“Arda” 39 xalla 9-cu pillədədir.