Sonunda, çox fəaliyyətdən sonra Belçika hökuməti İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Avropa Birliyinin terror qrupları siyahısına salınmasını tələb etmək barədə təkliflə razılaşıb.
Bunu Belçika parlamentinin İtan əsilli üzvü Dərya Səfayi özünü X səhifəsində yazıb.
O, uzun müddətdir ki, hamını, xüsusən Belçika hökumətini SEPAH-ın terror təşkilatı olduğuna və adının terror qruplaşmaları siyahısına salınmasının vacibliyinə inandırmağa çalışdığını deyib.
Belçika parlamentinin üzvü, rəsmi Brüsselin SEPAH-ı terror təşkilatları qruplaşmaları siyahısına salmaq barədə razılığını doğru istiqamətdə atılan addım hesab edib.
visiontv.az