Uzman uroloq-androloq, cərrah Münasib Məmmədov fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək.
Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.
Bildirilib ki, Münasib Nəbi oğlu Məmmədov 1990-cı ildə Cəbrayıl rayonunda anadan olub. 2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
O, 2015-2017-ci illərdə Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında rezident uroloq kimi fəaliyyət göstərib. Daha sonra Modern Hospitalda həkim-mütəxəssis işləyib.
2017-2023-cü illərdə Ankara Haccetepe Universiteti Urologiya kafedrasında uzmanlıq təhsili alıb.